General-mayol Əziz Nəsirzadə, bu gün bazar ertəsi, Tehranda yaşayan qeyri-iranlı tələbələr və bir sıra xarici hərbi qulluqçuların yeni tədris ilinin açılış mərasimində ABŞ-ın dünyanın bütün yerlərində, o cümlədən Cənubi Çin dənizində və Tayvanın təhrik edilməsində, Bab əl-Məndəb boğazı kimi beynəlxalq su yollarında və boğazlarında, eləcə də Rusiya ilə Ukrayna müharibəsində iştirakına toxunaraq deyib: “Bu iştiraklar və müdaxilələr Amerikanın dünyada təktərəfliliyi istiqamətindədir. Ədalət ardınca olan müsəlman və qeyri-müsəlman ölkələr öz ortaq cəhətlərinə diqqət yetirməli və elmi gücdən istifadə edərək onları gücləndirməlidirlər.”
Müdafiə naziri çıxışının başqa hissəsində sionist rejimin zahirən insan haqları və ədalət üçün bərqərar olan bütün beynəlxalq qanunları pozduğuna işarə edərək vurğulayıb: “Sionist rejimin İran İslam Respublikasına son təcavüzündə bizə azacıq ziyan dəydi. Biliyimizdən və elmi gücümüzdən istifadə edərək dərhal onu təmir etdik və dəyişdik. Halbuki elmin bu gücü başqalarının əlində olsaydı, heç vaxt bizə bunu etməyə icazə verməzdilər.”
Müdafiə naziri: Sionist rejimin hücumunun zərəri az idi
28 oktyabr 2024 at 18:04
Xəbər kodu:
85642411
Tehran - İRNA - Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri deyib: “Sionist rejimin İran İslam Respublikasına son təcavüzündə bizə çox az ziyan dəydi, bilik və elmi gücümüzdən istifadə edərək dərhal onu təmir etdik və dəyişdik.”
Sizin rəyiniz